Nəzakət Məmmədova: “Mən feminizmə qarşıyam” – VİDEOKÖŞƏ

      Nəzakət Məmmədova:    “Mən feminizmə qarşıyam” –    VİDEOKÖŞƏ
  13 Mart 2019    Oxunub:14222
Mən feminizmi qəbul etmirəm. “İnsan hüquqları” deyilən bir şey var, qadın-kişi hüququ yox. Bu, bəşəriyyəti birləşdirməkdən çox, ayırmağa xidmət edən zərərli ideyadır ki, bəzi dairələr tərəfindən ortaya atılıb.


 




İnsan hüquqlarının layiqli şəkildə təmin olunduğu dünya olmalıdır, feminizm, LGTB və s. dünyası yox. Dövlət isə qadına şiddətə görə məsuliyyət daşımır. Əgər dövlətin qanunları bu sahədə yetərli olmasa, yaxud, qanunvericiliyə əməl olunmasa, məsələn, arvadını döyən ər kişi olduğu üçün cinayət məsuliyyətinə cəlb edilməsə, yaxud, qadın məhz qadın olduğu üçün dövlət tərəfindən hüququ pozulsa, cinsə görə ayrı-seçkilik, şiddət tətbiq olunsa, bu zaman etiraz etmək olardı. Siz heç arvadına xəsarət yetirib, məhz kişi cinsinin nümayəndəsi olduğu üçün məsuliyyətdən azad olan kişi gördünüzmü?! Əksinə, iki qadın dava edəndə daha çox yumşaq davranılır, nəinki kişi qadına bir sillə vursa. Bir sıra hallarda qadın qadının hüququnu daha çox pozur (iraq yaxşı qadınlardan), nəinki kişi qadının. Ailəni dağırdan qaynanalardırsa, məhkəmələrdə qadının hüququnu pozub ona qarşı ədalətsiz qərar çıxaran qadın hakimlər varsa, iş yerlərində başqa qadının savadına, gözəlliyinə və s. paxıllıq edib ona torba tikən qadınlar varsa, sual yaranır: qadının hüququnu qadın pozur, yoxsa kişi?! Fransız kriminalistləri demiş: Charge la femme!", yəni "Qadını tapın"! Nəzakət Məmmədova Azvision.az üçün




Teqlər: Feminizm   Qadın-hüquqları  





Xəbər lenti