Bakıda kriminal gecə

Bakıda kriminal gecə
  09 Mart 2013    Oxunub:1843
Ətir oğruları ələ keçdi.
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb.
Belə ki, martın 8-də Bakı şəhər sakinləri Mircavad Rəhimov Azadlıq prospektində yerələşən Ticarət mərkəzində Fikrət Səfərova məxsus mağazadan ətirlər oğurladığı üçün tutulub.

Digər bir hadisə, martın 8-nə keçən gecə Azadlıq prospektində baş verib. Abşeron rayon sakini Elşad Salmanova məxsus “VAZ-2103” markalı avtomobil qaçırııb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Əli Nadirov elə həmin gün avtomobillə birlikdə həmin ünvanda yaxalanıb. Müəyyən edilib ki, o, fevralın 28-nə keçən gecə Ə. Məmmədov küçəsindən RafiqYəhyayevə məxsus «VAZ-2106» markalı avtomobili qaçırıb və həmin avtomobil martın 3-ü saat 01:30 radələrində Z. Qəmbərov küçəsindən saz vəziyyətdə tapılıb.

NMB NMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini əvvəllər məhkum olunmuş Kamran İbrahimovdan 7 qramdan artıq, onun yaşadığı M.Abbasov küçəsində yerləşən yataqxanadan isə 700 qramdan artıq marixuana aşkar edilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kamran Muradovdan 466 qram marixuana aşkar edilib.

Yasamal RPİ NMB, CAŞ və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Asif Qədirovdan 450 qrama yaxın heroin və 3 kiloqram yarımdan artıq marixuana aşkar edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti