Şeyx Belarusa gedir

Şeyx Belarusa gedir
  16 Noyabr 2013    Oxunub:1125
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Belarus Respublikasına yola düşür.
QMİ-nin mətbuat xidmətində verilən məlumata görə, səfərdə məqsəd Minskdə 17-19 noyabr tarixlərində keçiriləcək "Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu" mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir. Bu qəbildən sayca səkkizinci olan budəfəki Konfrans Vatikanın xristian birliyinə yardım üzrə Papa şurası ilə birgə təşkil olunub.

Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaretin dəvəti əsasında həyata keçirilən səfər zamanı bir sıra yüksək səviyyədə görüşlər, o cümlədən MDB və Qərbi Avropanın ənənəvi din liderləri, habelə Vatikandan olan nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub.

Şeyxülislam A. Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti