Bu gün onun doğum günüdür

Bu gün onun doğum günüdür
  09 Mart 2013    Oxunub:1459
Bu gün kosmonavt Yuri Qaqarinin doğum tarixidir.
Yuri Alekseyeviç Qaqarin kəndli ailəsində anadan olub. Onun atası Aleksey dülgər, anası Anna heyvandar olub.

Yuri 1941-ci ildə məktəbə gedib, 24 may 1945-ci il mayın 24-də ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçüb. 1951-ci ildə orta ixtisas məktəbini bitirərək metaltökmə üzrə ixtisasına yiyələnib. Həmin ilin avqustunda Saratov sənaye texnikumuna daxil olub. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edib.

1955-ci ildə hərbi xidmətə çağırılan Qaqarin və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilib və bu məktəbi 1957-ci ildə bitirib. İki il sonra ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməsini xahiş edib. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilib. 1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyənSerqey Korolyev namizədlər arasından 6 nəfəri seçib. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılıb. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilib.Uçuş 1961-ci il aprelin 12-də də Baykonur start məntəqəsində baş verib. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin 108 dəqiqə dövr etdikdən sonra yerə qayıdıb. Elə həmin ildəm Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Y.Qaqarin 1968-ci il martın 27-də sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub və Moskvada Kreml divarında dəfn olunub.


Teqlər:  





Xəbər lenti