Bakıda 4 ruhi xəstə dispanserdən qaçıb
AzVision.az apa-ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan 4 nəfər xəstəxanadan qaçıb.
Onlar qaçarkən xəstəxanada xidmət aparan polis əməkdaşına da xəsarət yetiriblər.
Xəstələrin saxlanılması üçün xüsusi qrup yaradılıb. Hazırda onların tutulması istiqamətində tədbirlər davam etdirilir.