“ Oğluma maliyyə naziri kömək edirdi”

“ Oğluma maliyyə naziri kömək edirdi”
  16 Noyabr 2013    Oxunub:1082
“Rəsul Quliyevin mənim oğlumun xaricdə təhsil almağına heç bir maddi köməyi olmayıb. Sadəcə olaraq mən həbsdə olanda onun xahişi ilə maliyyə naziri Fikrət Yusifov oğluma maddi kömək edib. Ona təşəkkür etmək lazımdır”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rəsul Quliyevin iddialarını cavablandırarkən deyib.

O bildirib ki, Rəsul Quliyev öz xərclərini hesablamaqla kifayətlənir:

“Mən 10 il Rəsul Quliyevlə əməkdaşlıq etmişəm. İki il onun hüquqları uğrunda həbsdə olmuşam. Onun yolunda mənim ailəm, uşaqlarım, qohumlarım represiyaya məruz qalıb, qəzetimiz bağlanıb. O vaxt bizim bizim qəzetimiz 35 min tirajla çıxırdı. Rəsul Quliyevin kitabını çap etdiyimizə görə hökumət qəzeti iflas etdirdi. Qəzetin ayda on min dollar gəliri var idi. Rəsul Quliyev isə söz vermişdi ki, qəzet nə qədər ziyan çəksə ödəyəcək, amma ödəmədi. O öz xərclərini sayır, ziyanları saymır. Onun bizə vurduğu zərbə ilə, bizim hesabımıza qazandığı pulla bizə xərclədiyi pul arasında 1-in 1000-ə nisbəti var. Mən istəmirəm belə çirkin söhbətlərə qarışım”.

Partiya sədri vurğulayıb ki, onun xərcləri göstərilən yardımlardan daha çox olub:

“Mən həbsxanada olanda ailəmə 10 min dollar yardım etmişdilər. Halbuki mənim həbxsanaya düşməyim mənim 15 min dollar xərc çəkməyimə səbəb olmuşdu. Əlavə olaraq da həbsxanada olduğum müddətdə yoldaşım məcbur olub bizim iki mərtəbəli həyət evimizi satmışdı ki, həbsxanda qalmağımın xərclərini ödəsin. Bu söhbətləri açmağı onu göstərir ki Rəsul çox xırda adamdır. Mən həbsdə olanda oğluma kömək edibsə, bu onun borcudur. Mənim heç bir öhdəliyim yox idi, mən ona görə həbsxanaya düşmüşdüm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti