Səfirlik Kazan qəzasında azərbaycanlıların olub-olmadığını araşdırır
Azərbaycanın Rusiyadakı səfirliyi Kazanda təyyarənin qəzaya uğraması nəticəsində ölən sərnişinlər arasında Azərbaycan vətəndaşının olub-olmadığını araşdırır.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib ki, bununla bağlı XİN tərəfindən səfirliyə müvafiq tapşırıq verilib.
Qeyd edək ki, bu gün axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.