Bakıda amerikalı şairlə görüş keçiriləcək

  27 Mart 2019    Oxunub : 1681
Bakıda amerikalı şairlə görüş keçiriləcək
Beynalxalg Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçiriləcək.

Aleksandr Səlimov “Çağırış və başqa şeirlər” (Desafío y Otros Poemas) şeir toplusuna görə Viktoriya Urbano ədəbiyyat mükafatına layiq görülüb. Şeir və məqalələri İspaniya, ABŞ, Kanada, Cənubi Koreya və Azərbaycanda dərc edilib.

Aprelin 6-da saat baş tutacaq tədbirdə rus, ingilis və ispan dili ilə yanaşı ilk dəfə Səlimovun Azərbaican dilində şerləri səslənəcək .

Azvision.az


Teqlər: Muğam-Mərkəzi   Şair