Milli Məclis bayramdan sonra ilk iclasa toplanır

  28 Mart 2019    Oxunub : 770
 Milli Məclis bayramdan sonra ilk iclasa toplanır
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 26 məsələ daxildir.

Bunlar "Hesablama Palatası haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" "Dövlət rüsumu haqqında" "Təhsil haqqında", "Peşə təhsili haqqında" qanunlarına, eləcə də İnzibati Xətalar, Vergi, Əmək məcələllərinə dəyişiklik layihələridir.

Həmçinin, deputatlar yeni hazırlanan "Mediasiya haqqında" qanun layihəsini də müzakirə edəcəklər.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MM   İclas   Plenar