Təhsil Nazirliyi yeni mərkəz yaratdı
Təhsil Nazirliyi Resurs Mərkəzinin yerləşdiyi binanın əsaslı təmirini və müasir avadanlıqla təchiz edilməsini yerinə yetirib. Mərkəzdə tikinti sahəsi, xüsusən qaynaq texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən şərait yaradılıb.
Bundan əlavə, Belarus hökuməti ilə əməkdaşlıq çərçivəsində ustaların Belarus Peşə Təhsili İnstitutunda təlim keçməsi təmin olunub.
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Müasir Azərbaycan peşəkarları" layihəsi çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub.
Teqlər: