YAP-çı deputatdan Əli Kərimlini çətinə salan SUAL

YAP-çı deputatdan Əli Kərimlini çətinə salan SUAL
  18 Noyabr 2013    Oxunub:970
“Yenə sual edirəm, Əli Kərimli, yardım etdiyin 1000 ABŞ dollarının mənbəyi haradandır?”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.
AXCP sədrinin “Azadlıq” qəzetinə min dollar məbləğində yardım etməsinə toxunan YAP rəsmisi partiya sədrinə bu pulun haradan gəldiyini sual edib.

“Bir neçə gün əvvəl maliyyə böhranına düşən "Azadlıq" qəzetinə yardım marafonunda AXCP sədri Əli Kərimlinin yardımı xarici ölkə vayutası ilə etməsi hələ dəmətbuatın və sosialşəbəkənin ciddi müzakirə mövzusudur. Radikal müxalifət liderinin yardımı məhz xarici valyuta ilə etməsi bir sıra suallar doğurdu.

Bu barədə mən də öz feysbuk səhifəmdə məsələ qaldırdım və siyasi oppnentlərimzdən birindən bu məsələ ilə bağlı cavab istədim.

Cavab gəldi, ancaq cənab Əli Kərimlidən deyil, yenidən çıxmağa başlayan "Azadlıq" qəzetindən. Qəzet düz yarım səhifəsini bəndənizə həsr etmişdi.

Qəzetin niyə Kərimlinin müdafiəsinə qalxması aydın olmadı , elə cavab da çox uğursuz alınmışdı.

Qəzet ( bəlkə gizli müxbir Ə.Kərimlinin özü imiş, deyə bilmərəm) qaldırdığım suala cavab verməkdən qaçaraq ölkə başçısının büdcə rəqəmlərini səsləndirərəkən ABŞ dolları ilə uyğunlıaşdırmasını dilə gətirir. Qəzet bunu düz yazır, ancaq onu da yazmalı idi ki, hər ilin hesabatında bu rəqəmlərin əhəmiyyətli dərəcədə artır. Büdcəmiz artır, orta maaş artır, təqaüdlər artır, iş yerlərinin sayı artır.

Qəzet yazarı unudur ki, bu adi dünya praktikasıdır və müqayisə üçün istifadə edilir. Həmçinin dövlət başçısı məhz dövlət gəlirlərini dilə gəitirir”-deyə deputat “Azadlıq” qəzetində haqqında çıxan yazıya münasibət bildirib.
YAP-çı deputat həmçinin qəzetin ona ünvanladığı sualı da cavablandırıb.

“Əli Kərimlinin isə gəlirinin hardan olması barədə ictimaiyyətdə məlumat yoxdur . Eyni zamanda onun nəyə görə yardımı dollarla etməsi də sual doğurur, məgər bu da beynəlxalq aləmdə müqayisə üçün edilir ? Bəzi mətbuat orqanlarında bunun bir müddət əvvəl Kərimlinin xaricdən 8 milyon dollar yardım alması ilə bağlayanlar da oldu.

"Azadlıq" qəzeti cavab yazısında Mingəçevirdən qəbul imtahanında 700 bal toplamış üç gəncə hər ya verdiyim təqaüdü hardan aldığımı da soruşur.

Birincisi, qəzetə məni reklam etdiyinə görə öz təşəkkürümü bildirirəm. İlk dəfə 2010-cu ildə Mingəçevirdən bir gənc ən yüksək keçid balı toplayanda ona o zamandan həray 100 manat təqaüd verməyə başladım. Bu il iki nəfər həmyerlimdə rekord vurdu və onlara da təqaüd söz verdim. Sonradan imkanlarımı yenidən qiymətləndirərək və hər üç gəncin valideynəlri ilə razılaşaraq hər birinə ayda 50 manat təqaüd verməyə başladım.

Həmçinin bildirim ki, 2005-ci ildən başlayaraq hər il Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında təhsil alan dördi mkansız tələbə qızın illik təhsil haqlarının yarısnı ödəməyə başladım.

Bütün bunları isə aldğım yüksək maaşdan ödəyirəm. Aylıq maaşım 1500 manatdır, dərs dediyim akademiyadan da ayda 200 manat əmək haqqı alıram. Bu isə mənə və sadaladığım yardımları etməyə tam bəs edir.

Yenə də soruşmaq istəyirəm, hörmətli siyasi opoonent, bəs sizin gəliriniz hardandır və nəyə görə yardımı manatla deyil, ABŞ valyutası ilə edirsiniz ? Həmçinin, bəs siz, Əli Kərimli, necə tələbənin təhsil haqqına yardım edirsiniz ?”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti