İranın nefti əlində qaldı

İranın nefti əlində qaldı
  09 Mart 2013    Oxunub:1488
Hindistan İrandan neft idxalını dayandırmağa hazırlaşır.
İranın ikinci böyük neft alıcısı olan Hindistan bu ölkənin ixrac etdiyi neftin hazırda təxminən ¼-ni alır. Ümumilikdə İranla Hindistan arasında bu sahədəki ticarət mübadiləsinin həcmi təxminən 10 mlrd. dollardır.

Qeyd edək ki, ABŞ və digər Qərb ölkələrinin mübahisə nüvə proqramından dolayı İrana qarşı ağır sanksiyalar tətbiq etməsi səbəbindən Hindistan ötən il Tehrandan neft idxalını azaldıb.(apa)

Nəticədə İran Hindistanın ən çox neft idxal etdiyi ölkələr sırasında ikinci yerdən dördüncü pilləyə geriləyib. İndi isə Hindistan İrandan neft idxalını tamamilə dayandırmağa hazırlaşır.


Teqlər:





Xəbər lenti