Səlim Müslümovun kadrı istefa verdi

Səlim Müslümovun kadrı istefa verdi
  18 Noyabr 2013    Oxunub:1310
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev tutduğu vəzifədən azad edilib.
R.Tağıyev bildirib ki, o özü ərizə yazaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova işdən getməyini xahiş edib: “İndi mən nazirliyin işçisi deyiləm”.

Xatırladaq ki, son üç ildə Rauf Tağıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vəzifəsini icra edib.

Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub. /SalamNews/


Teqlər:  





Xəbər lenti