Ödənişsiz təhsil alacaqlar

Ödənişsiz təhsil alacaqlar
  09 Mart 2013    Oxunub:1748
Azərbaycanda Milli Qəhrəman övladları təhsil xərclərindən azad olunacaq.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı təhsil haqqında bir sıra hüquqi sənədlərə dəyişikliklər olunması nəzərdə tutulur. Bundan başqa, hazırlanması gözlənilən “Milli Qəhrəmanlar haqqında” qanun layihəsində də bununla bağlı müddəa var.

Milli Qəhrəman statusu almış şəxslərin övladları istənilən ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olduqları təqdirdə, onların təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi gözlənilir. “Milli Qəhrəmanlar haqqında” qanun layihəsində əlavə statuslar da nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti