Şəhid Pəncəli Teymurovun ev muzeyi - FOTOREPORTAJ
1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə onu "İgidliyə görə" medalı ilə mükafatlandırıb.
Pəncəli Teymurov 2016-cı ilin aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid gizirimiz doğulduğu Astararayonu Əzarüd kəndində dəfn olunub. Dövlət başçısının 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
Pəncəli Teymurovun ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. O, öz toyunda çıxış edərək “Mən hər zaman xalqım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin" demişdi.
Azvision.az Aprel döyüşlərində şəhid olan Pəncəli Teymurovun ev muzeyindən hazırladığı fotoreportajı təqdim edir:
Anar Kəlbiyev
Foto: Elnur Abdulla
Azvision.az
Teqlər: Şəhid XTQ Pəncəli-Teymurov