Əliyev və Yanukoviç: “Biz dost və tərəfdaşıq”

Əliyev və Yanukoviç: “Biz dost və tərəfdaşıq”
  18 Noyabr 2013    Oxunub:922
“Ukrayna və Azərbaycan iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.

AzVision.az-ın Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Ukrayna Viktor Yanukovuç Ukrayna-Azərbaycan danışıqlarının yekunları ilə bağlı mətbuata açıqlamasında belə deyib.

“Biz iki ölkə arasındakı əlaqələri xüsusilə də ticari-iqtisadi əlaqələri inkişaf etdirməliyik. Bu cür yanaşma öz növbəsində strateji tərəfdaşlığa yol açacaq”.

Prezident iki ölkə arasında siyasi dialoqun inkişafı və dinamikası məsələsi ilə bağlı Azərbaycan prezidenti ilə həmfikir olduğunu vurğulayıb: “Keçirdiyimiz görüşdə qarşılıqlı anlaşma atmosferi mənə xüsusilə xoş oldu”-deyə, V.Yanukoviç qeyd edib.

O, bildirib ki, Azərbaycan və Ukrayna prezidentləti Şurasının bugünki iclasında bir çox sahələrdə ikitərəfli əməkdaşlıq, gələcək əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

V.Yanukovuç həmçinin qeyd edib ki, prezident İlham Əliyevlə danışıqlar zamanı infrastruktur layihələrinin həyata keçirilməsinin mümkünlüyü müzakirə edilib.

Prezident bugünki danışıqlar çərçivəsində qəbul olunmuş qərarların Ukrayna ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyindən əminliyini ifadə edib.

Ukrayna prezidenti İlham Əliyevi seçkilərdə layiqli qələbə münasibətilə təbrik edib: “Sizin qələbəniz sabitlik əlamətidir və Azərbaycan xalqının öz liderinə inamının göstəricisidir”.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Ukrayna ilə Azərbaycan demək olar ki, bütün sahələrdə əməkdaşlıq edib: “Ukrayna Azərbaycan üçün yaxın, dost ölkə, etibarlı və strateji əməkdaşdır”-deyə, İlham Əliyev bildirib.
“Viktor Yanukoviç mənimlə həmfikir olduğunu bildirib. Biz dost və tərəfdaşıq. Düşünürəm ki, budəfəki danışıqlar ölkələrimiz arasındakı münasibətlərə yeni nəfəs verəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti