“Qızların 11,3%-nin ibtidai təhsili yoxdur”

“Qızların 11,3%-nin ibtidai təhsili yoxdur”
  09 Mart 2013    Oxunub:1552
Azərbaycanda 15 yaşına çatmayan qızların ərə verilməsinə rast gəlinmir.
Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3%-nin ibtidai təhsili belə yoxdur.
Bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) erkən nikahlara həsr olunmuş hesabatında bildirilir.
Qeyd olunur ki, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların yalnız 26%-i ibtidai təhsil alıb, 11%-i orta məktəb və daha yuxarı təhsilə malikdir.
2000-2011-ci illəri əhatə edən məlumatlara əsasən, Azərbaycanda nikahların 12,2%-i gəlinlər yetkinlik yaşına çatmadan bağlanıb. Bu cür nikahların əksəriyyəti (15,2%-i) kənd yerlərində bağlanır, 9,6%-i isə şəhərlərin payına düşür. Amma bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda 15 yaşına çatmayan qızların ərə verilməsinə rast gəlinmir.

Qeyd edək ki, uşaq nikahlarına daha çox Niger, Çad, Banqladeş, Qvineya, Mozambik, Mali, Cənubi Sudan və Malavidə rast gəlinir.

Cənubi Asiyada gəc qızların 50%-i 18 yaşına qədər ailə həyatı qurur. Proqnozlara görə, 2011-2020-ci illərdə 140 milyon qız yetkinlik yaşına çatmadan gəlin olacaqlar. Onlardan 50 milyonu nikaha 15 yaşına çatmadan daxil olacaq.

UNFPA qeyd edir ki, erkən nikahlar qızları bir çox imkanlardan məhrum edir, onların sağlamlıq problemlərinin, zorakılıq və sərt rəftarın qurbanı olma ehtimallarını artırır.

AzVision.az


Teqlər:  





Xəbər lenti