“Ukrayna və Azərbaycanın regionda mövqeyi güclənəcək”
Onun sözlərinə görə, Ukrayna enerji daşıyıcılarının etibarlı tranziteri, Azərbaycan isə etibarlı təchizatçısıdır: “Enerji sahəsində əməkdaşlıq prioritet məsələlərdən biridir və ölkələrimiz karbohirogenlərin Avropaya daşınması ilə bağlı bütün imkanlara sahibdir”.
V.Yanukoviçin fikrincə, bu kimi sahələrdə əməkdaşlıq Ukrayna və Azərbaycanın Qara Dəniz-Xəzər regionunda mövqeyi gücləndirəcək.
Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, bu gün Ukrayna və Azərbaycan arasında enerji sektorunun bütün istiqamətlərində fəal əməkdaşlıq mövcuddur və bunun üçün hər cür şərait var: “Azərbaycan enerji resurslarının istehsalçısı kimi, Ukrayna isə istehlakçı və tranzitır kimi bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunması baxımından mühim rol oynanır. Bu isə bizim birgə fəaliyyətimizin nəticəsidir”.
AzVision.az