Xəzər rayonunda 5 küçə təmir edilib
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində rayonun Buzovna qəsəbəsində isə 3 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşıb. Bu uzunluqları 1.6 km olan Natavan, 1 km olan Allahverdi Əfəndiyev və 1.6 km olan Ayna Sultanova küçələridir. Küçələrin enləri 5-6 metr arası dəyişir.
Natavan küçəsinin 8 min kv.m., Allahverdi Əfəndiyev küçəsinin 6 min kv.m., Ayna Sultanova küçəsinin isə 9600 kv.m sahəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirilib və yol əsası tikilib, yolun hərəkət hissəsi profilə salınıb və asfaltlanma işləri görülüb.
Bu küçələr əsas istifadə olunan yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarıb. Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi.
Azvision.az