Əhmədinejat narazılıqlara səbəb oldu

Əhmədinejat narazılıqlara səbəb oldu
  09 Mart 2013    Oxunub:1386
Əhmədinejadın Uqo Çavesin dəfni zamanı hərəkətləri İranda etirazlara səbəb olub.
Venesuelanın paytaxtı Karakasda mərhum prezident Uqo Çaveslə vida mərasimi keçirilib.

Mərasimdə dünyanın 30-dan çox dövlət başçısı iştirak edib.
İran KİV-lərinin yazdığına görə, mərasimdə İran Prezidenti M.Əhmədinejad U.Çavesin bağlı tabutunu öpüb.
Belarusiya lideri Aleksandr Lukaşenka Venesuela milli himni səslənərkən göz yaşlarını saxlaya bilməyib.
U.Çaveslə vidalaşmaq üçün mərasimə onu həyatda özlərinə dost bilən bir çox ölkə liderləri gəliblər.

Ekvador prezidenti Rafael Korrea, Boliviyanın lideri Evo Morales, Kuba rəhbəri Raul Kastro və bir çox başqaları mərasimdə iştirak edənlər arasında olublar. Venesuelada bir həftə matəm elan olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti