Müxalifətin Cəmil Həsənli barədə yalanı üzə çıxdı

Müxalifətin Cəmil Həsənli barədə yalanı üzə çıxdı
  18 Noyabr 2013    Oxunub:1874
“AXCP canfəşanlıq edir. Bu saqqallı uşaqlar indiyə qədər yalan danışmaqın, hadisələri şişirtməyin mənfi nəticə verdiyini anlamırlar”.
Bunu AzVision.az-a açıqlamasında eks-spiker Rəsul Quliyev Cəmil Həsənlinin ABŞ səfəri ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən bildirib.

C.Həsənlinin Konqresdı görüşlər keçirəcəyi barədə müxalif mətbuatda yayılan xəbərlərə toxunan R.Quliyev belə görüşlərin nəzərdə tutulmadığını deyərək müxalifətin yalanını üzə çıxardıb.
R.Quliyev həmçinin ABŞ-da olmasına baxmayaraq C.Həsənli ilə görüşməyəcəyini deyib:

“Çox ehtimal ki, onunla görüşmək imkanım olmayacaq. Ola bilər telefonla danışdıq. Düşünürəm ki, Cəmil müəllim özünün elmi fəaliyyəti ilə əlaqədar ABŞ-a gəlib.Qəzetlərdə Cəmil müəllimin Konqresdə çıxış etdiyini və görüşlər keçirəcəyindən yazırlar və qeyd edirlər ki, bəzi mühüm görüşlər media üçün açıqlanmayacaq. Bu yazının normal dildə mənası yuxarı ranqlı şəxslərlə heç bir görüş olmayacaq, bunu ört basdır etmək üçün əvvəlcədən mediaya məlumat verilməyəcək. Yazırıq ki, istənilən vaxt fantastik yalanlar uydura bilək. Bu insanlar başa düşə bilmirlər ki, hökümət ABŞ səfirindən Cəmil müəlimin hansı gizli görüşlər keçirdiyi barədə soruşacaqlar və onların cavabı da heç bir gizli görüş olmayıb. Məntiqlə düşünmək lazımdır. Nə üçün ABŞ-da kimsə Cəmil müəllimlə gizli görüş keçirməlidir. Məgər o ağlasığmaz informasiyalara malikdir, ya Azərbaycanda hərbi müxalifət var və o da onların başında dayanıb, ya terrorizmin qarşısını dünyada almaq üçün xüsusi gizli proqramı var?-deyə R.Quliyev bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti