Kremldən Qarabağ münaqişəsinə dair yeni AÇIQLAMA
Rusiya Federasiyası (RF) Azərbaycan və Ermənistan hakimiyyətləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə təmasların bərpa olunacağına ümid edir və problemin həllinə yardım etməyə hazırdır.
AzVision.az.`RİA` Novosti agentliyinə istinadən xəbər verir ki, bunu RF-nin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşünün yekunu üzrə keçirilmiş mətbuat konfransında deyib:
"Ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında birbaşa təmaslar yaxın vaxtlarda bərpa ediləcək. Artıq dediyim kimi, bu münaqişənin nizamlanmasına nail olmaq məqsədi ilə daha əvvəlki razılaşmalar əsasında tərəflər üçün zəruri mühitin yaradılmasına hər cür yardım göstərəcəyik".