Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir

  Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir
  05 Aprel 2019    Oxunub:3034
"Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın portalı təqdim olunub.
Azvision.az -ın məlumatına görə, bununla bağlı keçirilən konfransda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azranking.az Portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək.

V.Qasımlı bildirib ki, Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq.

O, əlavə edib ki, bundan başqa, Azrqnking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və eyni zamanda, reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur. Vüsal Qasımlı çıxışında vurğulayıb ki, bu il Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi arasında yer alacaq.

Təqdimatla çıxış edən Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev bildirib ki, portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır.

O, qeyd edib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Azərbaycan   İqtisadi  





Xəbər lenti