“Tarixi ədalət də Azərbaycanın tərəfindədir” - İlham Əliyev
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. “Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyən dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizin dəstəkləyir.
Azvision.az
Teqlər: İlham-Əliyev