Bu il məcburi köçkünlər üçün 6 min mənzil tikiləcək

   Bu il məcburi köçkünlər üçün 6 min mənzil tikiləcək
  05 Aprel 2019    Oxunub:3138
Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir.
Azvision.az -ın məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşü zamanı deyib.

Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlət başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Azvision.az


Teqlər: İlham-Əliyev   Məcburi-Köçkün  





Xəbər lenti