Məmmədyarov: "Ermənistanın gələcəyi yoxdur"
Onun sözlərinə görə, Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşündə iştirak etməyə hazır olduğunu bildirib.
“Münaqişənin 30 il davam etməsindən həm Ermənistan, həm də Azərbaycan yalnız itiriblər. Əgər Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmasa, onda onun gələcəyi yoxdur. Gecə Tbilisidən İrəvana gedərkən görürsən ki, Ermənistanda bir dənə də işıq yanmır. Ermənistan yeni iqtisadi layihələrdən danışır, amma orada, demək olar ki, heç kim qalmayıb, bütün ağıllı insanlar başqa ölkələrə köçüblər. Belə olan halda, Ermənistan hökuməti iqtisadi inqilabı kiminlə və kim üçün edəcək?” - Məmmədyarov sual edib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Ermənistan Rusiya DağlıqQarabağ