Rusiya-Azərbaycan-Ermənistan münasibətləri müzakirə edildi

Rusiya-Azərbaycan-Ermənistan münasibətləri müzakirə edildi
  19 Noyabr 2013    Oxunub:9333
"Ağ yol" Vətəndaş hərəkatı Rusiya- Azərbaycan- Ermənistan münasibətlərini müzakirəyə çıxardı.
"Ağ yol" Vətəndaş hərəkatından AzVision.az-a verilən məlumata görə, hərəkata məxsus regionda və MDB-də ən böyük facebook qrupu olan "Ağ yol" qrupunda və səhifəsində Ermənistan-Azərbaycan, Ermənistan- Rusiya, Rusiya- Azərbaycan münasibətləri təhlil edilib.

Açıq müzakirə qrupu və səhifəsi kimi tanınan " Ağ yol"- da bu münasibətlərin təhlili ilə yanaşı Qarabağ probleminin hazırki durumu və gözləntilər müzakirəyə çıxarılıb. Artıq aylardır ölkə gündəmini zəbt edən müxtəlif məsələləri vaxtaşırı müzakirəyə çıxaran " Ağ yol"un bu mövzuya toxunmaqda məqsədi qarşıdan gələn Ermənistan- Azərbaycan prezidentlərinin görüşüdür.

Bildiyiniz kimi, Azərbaycan tərəfinin uzun müddət görüşdən imtina etməsi və danışıqların dayanması Ermənistanı çoxdan narahat edirdi. Nəhayət, öz məkrli planları üzərində baş sındıran Ermənistanın siyasi rəhbərliyi görüşdən öncə Azərbaycana psixoloji təzyiq göstərməyə başlayıb. Müzakirədə qeyd olunur ki, hazırda Ermənistan parlamentində qondarma Dağlıq-Qarabağ Respublikasının müstəqil dövlət kimi tanınması müzakirə edilir.

"Bu məkrli dövlətin planı ondan ibarətdir ki, görüş zamanı Azərbaycan daha çox kompromislərə getsin. Amma onlar unudur ki, Azərbaycan heç zaman bir qarış belə torpağının itirilməsi ilə barışa bilməz. Ermənistan Rusiyanın forpostu olmasından, Gömrük İttifaqına qoşulmasından ruhlanıb. Belə zənn edir ki, Rusiya ona müharibə olarsa kömək edəcək. Bu yanlış illuziyadır. Rusiya heç zaman Azərbaycanla açıq müharibəyə girişməz. Azərbaycan və Rusiya arasında müəyyən narahatlıqlara baxmayaraq gözəl münasibətlər mövcuddur. Əgər Ermənistan bu görüşdə də güzəştlırə getməzsə, artıq çox yəqin ki, Azərbaycan rəhbərliyi sonrakı birbaşa görüşlərdən imtina edəcək. Çünki, Ermənistan danışıqlar prosesini uzatmaqla hazırkı status-kvonu saxlamaqda maraqlıdır. Azərbaycanın siyasi rəhbərlyi, Azərbaycan xalqı heç zaman Ermənistana bir qarış torpaq belə güzəştə getməyəcək və məkrli ermənilərin ayağı altında inləyən tarixi torpaqlarımızı mütləq azad edəcəkdir".

Qeyd olunan status maraqla qarşılanıb və mövzu üzərində ciddi müzakirə gedib. Facebook istifadəçisi olan həmvətənlərimiz mövzunun aktuallığını vurğulayıblar. Müxtəlif sosial təbəqədən olan müzakirəçilərdən bəziləri öz təkliflərini və arzularını ifadə ediblər. Gələn rəylərinin böyük əksəriyyətində Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlasa da faktiki olaraq həm iqdisadiyyatda həm də informasiya müharibəsində uduzduğu, Rusiyanın Azərbaycana müxtəlif təziqlər göstərməsinə baxmayaraq heç vaxt açıq münaqişəyə girməyəcəyi bildirilib.
Həmçinin gələn rəylərdən də görünür ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti dövlətimizin hazırki siyasi kursunu dəstəkləyir, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inanır, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin sahəsində müstəqilliyimizin daha da möhkəmləndiriləcəyini gözləyir.

Onu da qeyd edək ki, sözügedən status 200-dən çox istifadəçi tərəfindən bəyənilib, 100-dən çox müzakirə iştirakçısı tərəfindən paylaşılıb və rəy bildirilib.


Teqlər:  





Xəbər lenti