Rüstəm Orucov Antalya Qran-Prisinin finalında

Rüstəm Orucov Antalya Qran-Prisinin finalında
  06 Aprel 2019    Oxunub:1961
Azərbaycan cüdoçusu Rüstəm Orucov Antalyada keçirilən Qran-Pri yarışında uğurla mübarizə apararaq finala yüksəlib.
Azvision.az xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada idmançımızın rəqibi Koreya Respublikasının digər təmsilçisi Çanqrim An olacaq. Ç.An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibidir.

Qran-Prinin birinci günündə Gültac Məmmədəliyeva 52 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

Azvision.az



Teqlər: Rüstəm-Orucov  





Xəbər lenti