NASA Marsa yeni aparat göndərdi
AzVision.az -ın rus mətbuatına istinadən bildirir ki, raket daşıyıcı Qırmızı planetə MAVEN (Mars Atmosphere and Volatile Evolution Mission) kosmik aparatını da özü ilə aparıb. Beləliklə, NASA Marsa onuncu missiyasını göndərib.
Raket daşıyıcı Yerdən yerli vaxtla saat 13:28-də (Bakı vaxtı ilə 22:28-də) ayrılıb. MAVEN-in əsas məqsədi Marsın soyuq və quru atmosferinin keçmişdəki təkamülünü öyrənəcək, nə vaxtsa bu planetin sıx və qalın atmosferə malik olub-olmadığı ilə maraqlanacaq.
S. Həsənova
AzVision.az