Fərda Xudaverdiyev karyerasını bitirdi

  06 Aprel 2019    Oxunub : 4831
Fərda Xudaverdiyev karyerasını bitirdi
Tanınmış aktyor Fərda Xudaverdiyev karyerasını bitirib.
Azvision.az xəbər verir ki, aktyor bu barədə "İnstaqram" hesabında paylaşım edib.

“23 ildir Azərbaycanda özünəməxsus komediyaya xidmət edən Fərda Amin olaraq karyeramı bitirmək istəyirəm. Həqiqətən yorulmuşam, səbəblər çoxdur. Məni bu yaşda belə populyar etdiyiniz üçün çox sağ olun. Məni sevənlər bu xəbərdən üzülməsinlər. Sevməyənlərə isə demək istəyirəm ki, məni niyə sevmədiniz? Her şey üçün təşəkkürlər. Önünüzdə baş əyirəm ”, - deyə Fərda vurğulayıb.

Azvision.az

Teqlər: Fərda   Aktyor