Tofiq Quliyevin mahnısı “O Səs Türkiyədə”

Tofiq Quliyevin mahnısı “O Səs Türkiyədə”
  19 Noyabr 2013    Oxunub:1583
"O səs Türkiyə"də türk qızı Azərbaycan dilində Tofiq Quliyevin “Yalqızam yalqız” mahnısını ifa etdi.
Türkiyənin Star TV kanalında yayımlanan "O səs Türkiyə" layihəsinin dünən axşamkı buraxılışında Tofiq Quliyevin “Yalqızam yalqız” mahnısı səsləndirilib. AzVision.az-ın məlumatına görə, Cansu Çavuş adlı iştirakçı bu məşhur mahnını elə Azərbaycan dilində də səsləndirib.

İştirakçı mahnını səsləndirdikdən sonra isə azərbaycanlı olmadığını deyib: “Heyf ki, azərbaycanlı deyiləm. Kaş ki, azərbaycanlı olaydım”.

C.Çavuşunun bu ifası münsiflər tərəfindən bəyənilsə də, sonda ancaq Athena Gökhan çevrilib və onu öz qrupuna daxil edib.

Həmin ifanı təqdim edirik:

Cansu Çavuş - Yalgızam Yalgız (O Ses Türkiye) | izlesene.com



AzVision.az


Teqlər:  





Xəbər lenti