Ruhi dispanserdən qaçan xəstələr tapıldı

Ruhi dispanserdən qaçan xəstələr tapıldı
  19 Noyabr 2013    Oxunub:3808
Noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan ruhi xəstələr tutulub.
AzVision.az xəbər verir ki, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova Sabunçu rayonu ərazisindəcə yaxalanıblar.

Xatırladaq ki, ruhi xəstələr dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb və oaradan qaçıblar.


Teqlər:  





Xəbər lenti