Bir sinifdə neçə şagird olmalıdır? - Rəsmi CAVAB

  19 Noyabr 2013    Oxunub : 26377
Bir sinifdə neçə şagird olmalıdır? - Rəsmi CAVAB
Təhsil Nazirliyi sinif şagirdlərinin az olduğu təqdirdə həmin siniflərin bağlanması məsələsinə aydınlıq gətirib.
Nazirlikdən AzVision.az-a verilən məlumatda bildirilir ki, belə ki, Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.

Bununla yanaşı, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 19.01.2012-ci il tarixli (№10) Qərarında qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir.

Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.



Teqlər: