Qəzada ölənlərin sayı əvvəlki illərə nisbətən çoxalıb

Qəzada ölənlərin sayı əvvəlki illərə nisbətən çoxalıb
  19 Noyabr 2013    Oxunub:1125
Bu gün Bakı şəhər Baş Polis idarəsi, “Digesta” hüquq firması və Jurnalistika və İnkişaf Mərkəzi İB-nin birgə təşəbbüsü ilə, ümümdünya yol-nəqliyyat hadisələri qurbanların xatirə gününə həsr olunmuş tədbir keçirilib.

Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri Elməddin Muradlı bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da yol nəqliyyat hadisələrinin sayı artır. Bugünkü tədbirin də məqsədi bu hadisədə vəfat edən ailələrə dəstək verməkdir. Yol nəqliyyat hadisələrin əksəriyyəti sürücülərin təcrübəsizliyindən və insanların yol keçən zaman diqqətsizlikdən baş verir. İnanırıq ki, bu gün ki keçirilən tədbirin də bir nəticəsi olacaq. Hər kəs öz məhsuliyyətin dərk etməlidir.

Hüquqşünas Ərşad Hüseynov bu gün çox faciəli tarixi günün qeyd olunması gündür. Dünyada gedən kütləvi avtomobilləşmə yollarımızda özləri ilə tıxac problemi yaradır. Bununla bərabər insan ların təhlükə mənbəyinə çerilib. Çox təssüf ki, bu gün avtomobillərin hərəkət qaydaları bizim ictimai şurumuza tam hopmayıb. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) 2010-cu ildə yayıdığı məruzədə qey olunur dünya üzrə yol nəqliyyat hadisələrində il ərzində ölənlərin sayı 1.3 milyon, yaralanların sayı isə 20-50 milyon civarındadır. İctimayyət yol nəqliyyat hadisələrin mahiyyətini dərk etməlidirlər. Baş verən hadisələr acı statistika ilə nəticələnir. Mütəxxəsislər də həyacan təbili çalırlar ki, sürücülər və sərnişinlər təhlükəsizlik kəmərinə, sürət sisteminə riayət etməlidirlər. Bu cür olan halda yol nəqliyyat hadisələrin sayı 50 faizdən aşağı olacaq.

Deputat Jalə Əliyeva bildirib ki, bu gün Azərbaycan dövlət yol polisi hər bir ölkə vətəndaşını qoruyur. Polislərimiz hər vaxt, hər saniyə narahatlıqların baş verməməsi üçün yollardadırlar. Çox təssüflər olsun ki, yol terroru, qəza terroru insanların ölümünə səbəb olur. Bu cür hadisələrin baş verməməsi üçün hər kəs məsuliyyət daşıyır. J.Əliyeva vurğulayıb ki, Milli Məclisdə də yol nəqliyyat hərəkəti qaydaları ilə bağlı bir sıra dəyişikliklər edilib. O hər bir sürücünü avtomobilləri yüksək sürətlə idarə etməməyə və qəbul olunmuş yol nəqliyyat qaydalarına riayət etməyə çağırıb.

Bakı şəhər Baş Polis idarəsinin bölmə rəisi , polkovnik leytinant Vaqif Əsədov ümumilikdə respublika üzrə baş verən yol nəqliyyat hadisələrin satatistikasın açıqlayıb.

Qeyd edək ki, tədbirdə bir sıra hökumət və qeyri hökumət nümayəndələri də çıxış edərək, yol nəqliyyat hadisələrində baş verən qəzaların azalması ilə bağlı çıxış edib və bir sıra təkliflər səsləndiriblər. Vurğulanıb ki, ötən il Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı 1168 nəfər ölüb. Bu da 2011-ci ilə nisbətən 142 nəfər çoxdur.

Xatırladaq ki, MBT-nin Baş Məclisinin 25 oktyabr 2005-ci il tarixli qətnaməsinə əsasən hər il noyabrın 3-cü bazar günü ümümdünya yol-nəqliyyat hadisələri qurbanların xatirə gününü kimi qeyd olunur.

Fatimə


Teqlər:





Xəbər lenti