Bakıda 122 min piyada cərimələnib
V.Əsədov deyib ki, təhlükəsizliyin təmin edilməsi üçün ilin əvvəlindən bu günədək 667 mindən artıq protokol tərtib edilsə də təəssüf ki, bu gün yenə qəzalar qeydə alınır.
“Piyadaların avtomobillə vurulması hallarının qarşısını almaq məqsədilə mütəmadi olaraq həm təbliğat, həm də inzibati məsuliyyətə cəlb etmə tədbirləri keçirilir. İlin əvvəlindən bu günə qədər 122 min piyada cərimələnib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması halları azalıb. Ötən il bu rəqəm 53 % idisə, bu il bu rəqəm 46%ə enib”.
Fatimə