Allahşükür Paşazadə erməni katolikosuna məktub yazdı
Şeyxin məktubu bir müddət əvvəl II Qareginin xahişi ilə Azərbaycanda əsirlikdə olan hərbçi Akop İnciqulyanla görüşünün nəticəsi ilə bağlıdır. Lakin məktubun detalları açıqlanmır.
Qeyd edək ki, A. Paşazadə erməni əsirlə görüşündə Ermənistana qayıtmasında ona yardımçı olmağı təklif etsə də, A. İnciqulyan bundan imtina edərək, üçüncü ölkəyə getmək istədiyini bildirib.
A. İnciqulyan Şeyxdən buna yardım etməsini istəyib.