Rusiyalı baletmeyster Azərbaycanda ustad dərsləri keçəcək

Rusiyalı baletmeyster Azərbaycanda ustad dərsləri keçəcək
  10 Aprel 2019    Oxunub:4294
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruku Teatrın balet truppasında ustad dərsləri keçirmək üçün Bakıya dəvət edib.
P.Kazmiruk 1980-ci ildə Moskvada anadan olmuşdur. 8 yaşında ikən Böyük Teatrda səhnəyə qoyulan "Sirano de Berjerak" baletinin tamaşasında iştirak edib. 1998-ci ildə Moskva Dövlət Xoreoqrafiya Akademiyasını bitirib (V.O.Mixaylovun sinfini). 2002-ci ildə MDXA institutunu "balet artisti", "pedaqoq-repetitor" ixtisası üzrə bitirib. 1998-ci ildən Böyük Teatrda çalışır.

MDA studiyasında (Tokio, Yaponiya) klassik rəqs sənəti üzrə silsilə ustad dərsləri keçirilmişdir. 2005-ci ildən Moskvanın "Sfera" dramatik teatrı, 2011-ci ildən M.Qorki adına Moskva Bədii Akademik Teatrı ilə əməkdaşlıq edir, həmin teatrlarda baletmeysterlik fəaliyyəti ilə yanaşı, həm də artistlərlə plastika və xoreoqrafiya üzrə ustad dəsrləri keçirir.

2014-cü ildən Şepkin adına VTUda "rəqs" sənətini tədris edir. Quruluşçu baletmeyster kimi P.Kazmiruk Rusiyanın müxtəlif teatrlarında 20-dən artıq balet tamaşasının quruluşunu həyata keçirib.

Aprelin 15-dən 26-na kimi olan müddətdə P.Kazmiruk truppa ilə ustad dərsləri keçirməklə yanaşı, eyni zamanda ayrı-ayrı solistlərlə onların müxtəlif rollarda ustalıqlarını artırmaq üzərində çalışacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti