DİN iş adamının qətli ilə bağlı məlumat yaydı

DİN iş adamının qətli ilə bağlı məlumat yaydı
  19 Noyabr 2013    Oxunub:897
Daxili İşlər Nazirliyi Lənkəranda iş adamının qətli bağlı məlumat yayıb. AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 18-də Lənkəran rayonu Göyşaban kəndində kənd sakini Etibar Nəzərovun odlu silahdan (tapançadan) açılan atəşlə qətlə yetirilmiş meyiti “Mitsubishi” markalı avtomobilində tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında Lənkəran rayonu Göyşaban kəndi ərazisində, Ələt-Astara yolunun yaxınlığında baş verib.

Göyşaban kənd sakini Nəzərov Etibar Vəkil oğlu 90 RV 863 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilində tapançadan başına atəş açılmaqla güllələnib. Onun şəxsi münasibətlər üzündən yaranmış mübahisə zəminində öldürüldüyü ehtimal olunur. Hadisənin kim və kimlər tərəfindən törədildiyi hələlik bilinmir.

Qətlə yetirilən şəxsin iş adamı olduğu bildirilir.


Teqlər:





Xəbər lenti