Prezidentlərin Vyana görüşü başa çatdı - FOTOLAR+YENİLƏNİB

Prezidentlərin Vyana görüşü başa çatdı - FOTOLAR+YENİLƏNİB
  19 Noyabr 2013    Oxunub:1528
Prezidentlərin görüşü başa çatdı, prezidentlər “Palais Coburg” otelini tərk ediblər.

AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, prezidentlər mətbuata heç bir açıqlama vermədən binanı tərk ediblər.

***
16.04

Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü başa çatıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan twitter sosial şəbəkəsində bildirib.

Ermənistan prezidentinin rəsmi saytında isə qeyd edilib ki, təkbətək görüşdən sonra prezidentlər ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Papov, amerikalı həmsdər Ceyms Uorlik və Fransanın nümayəndəsi Jak For və ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kasprişikin şəxsi nümayəndəsi ilə görüşüblər.

Hələlik görüşün təfərrüatları açıqlanmır



***
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.

AzVision.az-ın məlumatına görə, bu sözləri Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan twitter sosial şəbəkəsində yazıb. O, bildirib ki, İlham Əliyev və Serj Sarkisyanın Vyanada görüşü başlayıb.

Qeyd edək ki, Avstriyanın Vyana şəhərində keçirilən prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun vasitəçiliyə ilə baş tutacaq.


Teqlər:  





Xəbər lenti