İnsanın ilk dəfə kosmosa uçduğu gün

  İnsanın ilk dəfə kosmosa uçduğu gün
  12 Aprel 2019    Oxunub:25881
Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.
Azvision.az xəbər verir ki, ilk olaraq SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb isə 58 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.

Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya 32 ölkədən 431 kosmonavt uçub. Kosmosda hamıdan çox qalan rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox- 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Azvision.az



Teqlər: Kosmos  





Xəbər lenti