Prezident gəlir: Yollar bağlanacaq

Prezident gəlir: Yollar bağlanacaq
  19 Noyabr 2013    Oxunub:1015
Belarus prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun noyabrın 20-21-də Azərbaycana rəsmi səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarədən həmçinin bildirilib ki, sürücülər göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər. (apa)


Teqlər:  





Xəbər lenti