Ombudsman mətbuatı qınadı

Ombudsman mətbuatı qınadı
  20 Noyabr 2013    Oxunub:1291
Azərbaycanda zorakılığa məruz qalan uşaqlar üçün sığınacaqlar yaradılmalı, bu qəbildən olan uşaqlara hüquqi, psixoloji və tibbi yardımlar göstərilməlidir.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu ombudsman Elmira Süleymanova Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ümidli Gələcək Gənclər Təşkilatının "Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu" mövzusunda birgə keçirdiyi konfransda çıxışı zamanı deyib.

E.Süleymanova qeyd edib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində qanunvericilik təkmilləşdirilməli və bir sıra müvafiq tədbirlər görülməli, uşaqlara valideynlərin, müəllimlərin nəzarəti, ümumilikdə ictimai nəzarət gücləndirilməlidir.

Ombudsman vurğulayıb ki, qəddarlığı təbliğ edən, uşaqların ləyaqətini alçaldan məlumatların televiziya vasitəsilə yayımlanması, mətbuat səhifələrində dəfələrlə dərc olunmasının və internetdə yerləşdirilməsi faciəvi hallara, zəif psixikaya malik uşaqların mənəvi sarsıntılar keçirməsinə səbəb olur. E.Süleymanova bununla bağlı Mətbuat Şurasına, Milli Televiziya və Radio Şurasına müraciətlər ünvanladığını qeyd edib.

Müvəkkil Azərbaycan tərəfindən imzalanmış Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Konvensiyasının ratifikasiya edilməsinin sürətləndirilməsini təklif etdiyini, habelə "Yuvenal ədliyyə haqqında "qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar Milli Məclisə müraciət etdiyini bildirib.

Həmçinin, ombudsman təsisatı tərəfindən hazırlanmış "Cismani cəza haqqında" qanun layihəsinin parlamentə təqdim olunduğu diqqətə çatdırılıb.


Teqlər:  





Xəbər lenti