İspaniyada “erməni soyqırımı” tanındı
“Şuradakı bütün siyasi qruplar "erməni soyqırımı"nın tanınması barədə sənədi yekdilliklə təsdiqlədilər” - məlumatda vurğulanıb.
Qeyd edək ki, aprelin 10-da İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatası da qondarma “erməni soyqırımı”nın rəsmi səviyyədə tanınması üçün təşəbbüs sənədini qəbul edib. Sənəddə deputatlar İtaliya hökumətini tarixi faktlara zidd şəkildə ortaya atılmış saxta “erməni soyqırımı”nı tanımağa və bu uydurma məsələyə “beynəlxalq ölçü” verməyə çağırıblar.
Həmçinin, eyni gündə Fransa prezidenti Emmanuel Makron 24 aprel tarixinin “erməni soyqırımını anma günü” elan edilməsilə bağlı rəsmi fərman imzalayıb.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: ermənisoyqırımı İspaniya