ATƏT sədri prezidentlərin görüşünü alqışladı

  19 Noyabr 2013    Oxunub : 597
ATƏT sədri prezidentlərin görüşünü alqışladı
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqisyan arasında bu gün Vyanada keçirilən görüşü alqışlayır. AzVision.az xəbər verir ki, bu barədə təşkilatın saytında deyilir.

"Mən inanıram ki, Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə dialoq tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi üçün müsbət stimul təmin edəcək," - Kojara deyib.

Onun sözlərinə görə, bu cür səviyyədə danışıqlar sülh və sabitliyin təminatına xidmət edir və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır: "Ukrayna gələcəkdə də Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxaq hüquq çərçivəsində hərtərəfli sülh yolu ilə nizamlanmasına yönələn müntəzəm dialoqun yaradılması üçün səyləri artırmağa hazırdır".

Teqlər: