Vyana görüşü Azərbaycana nə verdi? – ŞƏRH

Vyana görüşü Azərbaycana nə verdi? – ŞƏRH
  20 Noyabr 2013    Oxunub:983
İki ildən sonra prezident İlham Əliyevlə erməni həmkarı Serj Sarkisyanın görüşü nəhayət dünən baş tutdu.
Avtriyanın paytaxtı Vyanada keçirilən görüş dünyanın diqqət mərkəzində idi. Ekspertlər hesab edirdilər ki, prezidentlərin görüşü Qarabağ münaqişəsinin həlli istiqamətindən yeni dönüş yarada bilər.

ATƏT-in və ABŞ-ın müsbət qiymət verdiyi Vyana görüşü Azərbaycan üçün tarixi əhəmiyyəti nədən ibarət oldu?

Siyasi ekspert, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dövlət başçılarının Vyana görüşü və bu görüşün nəticlərini AzVision.az-a şərh edib.

Politoloq bildirib ki, görüşdə real nəticələr əldə edilməsə də bəzi nüansları Azərbaycan üçün müsbət hesab etmək olar.
“Görüşün müsbət tərəfi ondan ibarətdir ki, prezidentlər xarici işlər nazirlərinin mütəmadi köməyi ilə təmasların davam etməsi ilə bağlı razılıq əldə edə biliblər. Amma, eyni zamanda bütün bu təmaslar o anlama gəlmir ki, yaxın müddətdə danışıqlar prosesində irəliləyiş müşahidə olunsun”.

E.Şahinoğlu həmçinin qeyd edib ki, görüşdən ən böyük gözlənti Ermənistan birinci addım olaraq Dağlıq Qarabağ ətrafındakı rayonları boşalması barədə qərarı olacaqdı.

“Çünki, Ermənistan birinci addımı atandan sonra Azərbaycan ona qarşılıq verəcək, ikinci addımını atacaq. Və nəticədə, Ermənistanla kommunikasiya xəttləri açılacaq, gediş-gəliş olacaq. Qaçqın və məcburi köçkünlər geri qayıdacaq. Bu da bölgədə sabitlik üçün açar rolunu oynayacaq. Amma Ermənistan bu istiqamətdə bir addım atmaq istəmir. Çünki, güc dövlətləri Ermənistana bu istiqamətdə təsir etmirlər. Ermənistana təzyiq məsələsi yoxdursa, Ermənistanın irəliyə doğru hansısa bir addımı atacağını proqnozlaşdırmıram”.

Mirvari Nəzərova


Teqlər:  





Xəbər lenti