İlbər Ortaylı AYB-nin fəxri üzvü seçildi

  17 Aprel 2019    Oxunub : 541
İlbər Ortaylı AYB-nin fəxri üzvü seçildi
Türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvlük vəsiqəsi təqdim edilib.
Azvision.az AYB-yə istinadən xəbər verir ki, vəsiqəni görkəmli tarixçiyə AYB sədri Anar təqdim edib.

İlbər Ortaylı AYB-ni ziyarət edib. Xalq yazıçısı Anarla görüşən tarixçi ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb.

Anar professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluq hissi keçirdiyini ifadə edib və qonaqlara Yazıçılar Birliyinin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə türkiyəli qonaqlarla yanaşı, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoral, TUİB başqanı Hüseyin Büyükfırat da iştirkak edib.

Azvision.az

Teqlər: AYB   İlbərOrtaylı