Zakir Həsənov Rusiyaya getdi
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
Qeyd edək ki, noyabrın 21-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının (MNŞ) 65-ci iclası keçiriləcək.
İclasın gündəliyinə uyğun olaraq, iştirakçılar MDB ölkələrinin müdafiə nazirliklərinin hərbi əməkdaşlığı ilə bağlı 20-dən artıq məsələyə baxacaqlar.
Teqlər: