Tələbələr deputata çay qonaqlığı verdi – FOTO

Tələbələr deputata çay qonaqlığı verdi – FOTO
  20 Noyabr 2013    Oxunub:1218
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə facebook-da maraqlı foto paylaşıb.
AzVision.az-ın məlumatına görə, deputat Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının IV kursunda dərs dediyi tələbələrlə səmimi görüş keçirib:

“Bu gün tənəffüsdə dərs dediyim qrupun tələbələri ilə bufetdə birgə çay içdik və bir-birimizi daha yaxşı tanıdıq. Mən əvvəldən də bu qrup haqqında yüksək fikirdə idim. Çay dəstgahının pulunu Zeynal verdi ( ayaq üstədir). Azərbaycan qrupunun tələbələri ilə hələ ki, şəkil çəkdirmək imkanı olmayıb, baxmayaraq ki, bu gün seminarı əla keçirdilər”-deyə deputat statusundan bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti