Ərdoğan Putinlə “Qarabağ planı”nı müzakirəyə gedir

Ərdoğan Putinlə “Qarabağ planı”nı müzakirəyə gedir
  20 Noyabr 2013    Oxunub:1014
Ankara Qarabağ danışıqlarına start verdi

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan Rusiyaya səfəri çərçivəsində prezident Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, görüşdə R.T.Ərdoğan Putinlə Türkiyə-Ermənistan və eləcə də Bakı-İrəvan probleminin həlli istiqamətində danışıqların aparılması nəzərdə tutulub.

Diplomatik qaynaqlardan əldə edilən məlumata əsasən, Ərdoğan- Putin görüşündə Dağlıq Qarabağın işğal altında olan beş rayonun qaytarılması məsələsini də gündəliyə daxil edilib.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan sabah Rusiyaya səfər edəcək. Türkiyənin hökumət rəhbərinin səfəri zamanı xarici işlər, iqtisadiyyat, enerji və təbii ehtiyatlar nazirləri onu də müşayiət edəcək.

Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında görüşdən sonra ölkələr arasında ikitərəfli bir sıra sazişlərin imzalanması gözlənilir. Bundan əlavə göüş zamanı dünyada baş verənlər və Suriya böhranının həlli üçün keçiriləcək "Cenevrə-2" beynəlxalq konfransı barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, rəsmi Ankaranın 2014-cü il il üçün nəzərdə tutulan xarici siyasət planında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet məsələdir. Bu baxımdan Ərdoğanın Rusiya ilə bu məsələni müzakirə etməsi real görünür.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti