Azad Rəhimov Romaya gedir

Azad Rəhimov Romaya gedir
  20 Noyabr 2013    Oxunub:1046
Gənclər və idman naziri Azad Rəhimov noyabrın 22-də İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün bu ölkəyə gedəcək.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə komitənin prezidenti və Baş Katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Noyabrın 23-dək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçirilməsi planlaşdırılılan 1-ci Avropa Oyunları ilə bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.
Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.




Teqlər:





Xəbər lenti